"Nabucco West" layihəsi çərçivəsində layihələndirmə və mühəndis işləri başladı
28 Yanvar 2013 20:16
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Nabucco Gas Pipeline International"ın yaydığı məlumatda deyilir.
Məlumata görə, İtaliya şirkəti ötən ilin sentyabrında elan edilmiş tender əsasında həmin xidmətlərin tədarükçüsü qismində seçilib.
Xidmət sahəsinə riskin müvafiq qiymətləndirilməsinin aparılması üçün bütün məlumat və informasiyaların təhlili və layihənin gələcəkdə uğurlu inkişafını təmin etmək üçün boru kəməri üzrə resursların bölüşdürülüməsi daxil olacaq.
İşlər "Nabucco" boru kəmərinin klassik marşrutu çərçivəsində artıq aparılmış mühəndis işləri əsasında həyata keçiriləcək.
Milli.Az