Lenovo BlackBerry-ni satın ala bilər

28 Yanvar 2013 18:31
Milli.Az ICTnews.az elektron xəbər xidməti vesti.ru saytına istinadən bildirir ki, Vay Minin sözlərinə görə, Lenovo artıq RIM şirkəti ilə danışıqlar aparıb. Kanada şirkətinin qərarı haqqında hələ ki məlumat yoxdur. Hazırda RIM şirkətinin maliyyə vəziyyəti ağırdır.

Şirkət 2008-ci ildən etibarən iPhone və Android qurğularının təzyiqinə tab gətirməyərək bazar dəyərinin təxminən 95 faizini itirib. Korporativ istifadəçilər və dövlət qulluqçuları BlackBerry-in ən sadiq pərəstişkarı olaraq qalırlar.

Milli.Az