Twitter-in videohostinqi işə düşdü

28 Yanvar 2013 19:57
Vine iPhone, iPod və iPad modellərində işləyir və onu App Store mağazasından pulsuz əldə etmək olar.

Milli.Az ICTNews-a istinadən bildirir ki, əlavənin köməyi ilə altı saniyəlik səsli çarxlar yaratmaq və onu dostlarla paylaşmaq mümkündür. Yeni servisin yaradıcıları hesab edirlər ki, 6 saniyə böyük fikri qısa formada bildirmək üçün kifayət edir. Proqram səsi saxlamağa və bir neçə qısa çarxı montaj etməyə imkan verir. Video yalnız istifadəçi barmağını ekrana toxundurduqda yazılır.

Bununla yanaşı, istifadəçi videoyazını dayandıra və sonradan davam etdirə bilər, bu vəziyyətdə əlavə bütün əldə edilən fraqmentləri bir çarxda cəmləşdirəcək.

Milli.Az