Azərbaycanla İspaniya və Andorra arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək - 3D - FOTO

28 Yanvar 2013 12:08
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu məsələlər mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin İspaniya Krallığı və Andorra Knyazlığına rəsmi səfəri çərçivəsində müzakirə ediləcək.

Yanvarın 25-dən başlayan səfər fevralın 2-də yekunlaşacaq.

Səfər zamanı Qarayev İspaniyanın Madrid şəhərində yanvarın 30-dan fevralın 2-dək təşkil olunacaq "FİTUR" Beynəlxalq Turizm Sərgisində, BMT-nin Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə keçiriləcək "Know-How" tədbirlərində iştirak edəcək.

Səfər çərçivəsində Qarayevin Andorranın turizm və ətraf mühit naziri Françesk Kamp Torres, İspaniyanın turizm üzrə dövlət katibi İzabel Barrego, Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İspaniyanın mədəniyyət üzrə dövlət katibi Xosé María Lassal Ruiz, o cümlədən digər rəsmilərlə görüşləri nəzərdə tutulub.

Milli.Az

Aşağıda Mədəniyyət və Turizm Nazirliyinin baku3d.az saytı tərəfindən hazırlanan 3D görüntüsü təqdim olunur.