Malidə Fransa qoşunları irimiqyaslı əməliyyatlara başlayıblar
28 Yanvar 2013 11:21
Malidə Fransa hərbi qüvvələrinin hökumətə qarşı çıxan üsyançılara qarşı əməliyyatları davam edir. Fransa rəhbərliyinin verdiyi məlumata gürə, ötən gün Mali və Fransa əsgərlərindən ibarət qoşunlar YUNESKO-nun dünyanın mədəni irsi siyahısına düşən Timbuktu şəhərində irimiqyaslı əməliyyatlara başlayıblar.
Milli.Az Anspress-ə istinadən xəbər verir ki, qısa müddət ərzində üsyançılar şəhərin əksər bölgələrindən geri çəkilməyə məcbur ediliblər. Lakin bəzi döyüşlərdə silahlıların Fransız ordusuna qarşı ciddi müqavimət göstərdiyi bildirilir. Əməliyyatçılar, əsasən, əl-Qaidə terror təşkilatının Malinin şimal hissəsində fəal olan Ənsar əd-Din silahlılarına qarşı döyüşdüklərini xəbər veriblər.
Bölgə xalqı isə zorakılıqlardan yaxa qurtarmaq üçün ölkənin cənub hissəsinə - paytaxt Bamako istiqamətində köç etməyə başlayıb. İndiyə kimi artıq Qao, Konna və Diabali şəhərləri üsyançıların işğalından azad edilib. Onu da qeyd edək ki, Timbuktu şəhəri islami və dünyəvi elmlərə aid yüzlərlə əlyazması olan kitabxanalara malikdir.
Milli.Az