"Xəzər Lənkəran"da daha bir qapıçı
27 Yanvar 2013 18:39
Azerisport.az xəbər verir ki, bu, xorvatiyalı qolkiper Filip Lonçariçdi.
O, artıq komandanın Antalya toplanışında iştirak etməyə başlayıb. 27 yaşlı qolkiperlə bağlı yaxın günlərdə qərar verilməlidi.
Qeyd edək ki, Lonçariç hazırda azad agentdi. O, 2005-2012-ci illər aralığında Zaqreb "Dinamo"sunda çıxış edib. 2006-cı ildə eyni şəhərin "Lokomotiv" klubuna icarəyə verilib. 2012-ci ildə isə "Gaz Metan"da çıxış edib.
Maraq üçün onu da bildirək ki, Lonçariç 2002-2007-ci illər aralığında Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında forma geyib. Amma əsas yığmaya heç vaxt çağırılmayıb.
Milli.Az