Ərəb şahzadəsi şairə işgəncə verib - FOTO
25 Yanvar 2013 14:00
Milli.Az Bahrain Center for Human Rights-a istinadən bildirir ki, ötən il ölkədəki hakimiyyətə qarşı başlamış geniş miqyaslı etiraz aksiyalarının yatırılması zamanı tutulmuş vətəndaşlara işgəncə verilənlər arasında şahzadə Nura da olub.
Onun yaralı aksiya iştirakçılarına yardım edən həkimlər Həssan və Bəssem Daif qardaşlarına işgəncələr verdiyi vurğulanır.
The İndian Express bildirir ki, şahzadə əl Xəlifənin digər qurbanı isə Bəhreynin məşhur şairi Ayəd əl Kurmazidir.
Etiraz aksiyalarının iştirakçılarına işgəncələrdə Bəhreynin əmiri əl Xəlifənin oğulları Xaled bin Həmad əl Xəlifə və Nasser bin Həmad əl Xəlifə, habelə Cənub vilayətinin polis rəisi Xəlifə bin Əhməd əl Xəlifə, Milli Təhlükəsizlik Xidmətinin rəisi Xəlifə bin Abdulla əl Xəlifə də aktiv iştirak ediblər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Bahrain Center for Human Rights