Symantec-in gəlirləri artıb

24 Yanvar 2013 22:13
Verilənləri idarə etmək üçün proqram təminatına olan sabit tələbat şirkətə uğur gətirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Symantec-in mədaxili 1,79 milyard ABŞ dolları təşkil edib və bu, 2011-ci ildə qeydə alınmış göstəricidən 4.4 faiz çoxdur. Verilənlərin saxlanılması və serverlərin idarə edilməsi üçün proqram təminatı satışlarının həcmi 7,8 faiz artaraq 666 milyon dollar təşkil edib.

Təhlükəsizliyin təmini üçün məhsulların satışlarından əldə olunan gəlir 3,3 faiz artıb. Üçüncü maliyyə rübündə şirkətin əməliyyat mənfəəti 1 səhm üçün 45 sent təşkil edib.

Milli.Az