Google-un gəlirləri artıb
23 Yanvar 2013 18:43
Xalis mənfəət 2,89 milyard dollar və ya 1 səhm üçün 8.62 dollara bərabər olub. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 6.7 faiz çoxdur.
Milli.Az ICTnews-a istinadən bildirir ki, "ComScore" analitik şirkətindən verilən məlumata əsasən, "Google"un göstəricilərinin artması onlayn satış və reklamın artması ilə bağlıdır.
Bundan başqa, mobil reklamın həcminin artması da internet nəhəngin göstəricilərində öz sözünü deyib. "Google" şirkəti "comScore"-nin nəticələri ilə razılaşaraq bildirib ki, insanlar onlaynda daha çox pul xərcləməyə başlayıb. "Mobil platformalara keçid hələ də davam edir və onun üzərində aparılan işlərin başa çatmasına hələ var, lakin artıq hazırda həm satıcı, həm də onlayn-reklam operatorlarının qazancının mühüm hissəsi məhz mobil istifadəçilərdən əldə olunur", - "Google" nümayəndələri bildirib.
Müsbət rüblük məlumatların dərc edilməsindən sonra "Google" şirkətinin səhmlərinin qiyməti 5.1 faiz artaraq 738,85 dollar təşkil edib. Hesabat rübündə şirkətin mədaxili 12,2 milyard dollar təşkil edib. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz çox olub.
Milli.Az