Lavrov: "Qəbələ RLS-in icarəsi ilə bağlı məsələ qəti şəkildə bağlanıb"

23 Yanvar 2013 12:33
Qəbələ RLS-in icarəsi ilə bağlı məsələ qəti şəkildə bağlanıb. Trend-in məlumatına görə, bu barədə RF XİN-in rəhbəri Sergey Lavrov Moskvada brifinqdə bildirib.

"Bizim azərbaycanlı dostlarımız güzəştə getməməyi qərara aldılar, biz isə bu qiyməti həddindən çox hesab etdik", - nazir bildirib.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə Nota təqdim edilib.

Milli.Az