Huawei dünya "div"inə dönür
22 Yanvar 2013 22:13
Çin şirkətinin xalis mənfəəti 15,4 milyard yuana bərabər olub. Bu göstərici 2011-ci illə müqayisədə 33 faiz çoxdur. Bu barədə maliyyə brifinqində Huawei-nin maliyyə direktoru Men Vonçjou bildirib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, onun sözlərinə görə, ötən il Huawei inkişaf etməkdə olan bazarlarda uğurlu fəaliyyət göstərib. 2012-ci ildə İsveçin Ericsson şirkətinin satış həcmi ötən illə müqayisədə, demək olar ki, dəyişməyib. Analitiklər etiraf edirlər ki, Huawei şirkəti ötən il Ericsson-dan daha sürətli inkişaf edib.
Buna səbəb Çin şirkətinin büdcəyə uyğun bazarlara üstünlük verməsi olub. İlkin məlumatlara əsasən, 2012-ci ildə Ericsson-un satış həcmi təxminən 227 milyard İsveç kronu və ya 34,8 milyard dollar təşkil edib.
Milli.Az