Barak Obama arvadını təriflədi: "Onun sayəsində əsl kişi oluram" - VİDEO - FOTO

22 Yanvar 2013 09:50
ABŞ prezidenti Barak Obama Vaşinqtondakı təntənəli andiçmə mərasimindən sonra təşkil edilmiş ziyafət və balda xanımı Mişel Obamanı təqdim edərkən belə söyləyib.

Mişel Obama isə ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanının, yəni əri Barak Obamanın verdiyi balda al-qırmızı, açıq çiyinli paltarda idi.

Barak və Mişel Obamalar balda rəqs ediblər.
Obamaların valsını ölkənin bütün əsas xəbər telekanalları translyasiya ediblər.
Cennifer Hadsonun ifa etdiyi mahnının sədaları altında rəqs edəndə Barak Obama gülümsəyirdi. O, xanımını bir neçə dəfə öpüb.

Dünən ballardan birincisində Mişel Obama sevimli modelyerlərindən birinin, 2009-cu ilin inauqurasiya mərasimində paltarını geydiyi dizayner Jason Wu-nun məhsulu olan donda idi.

Mişel Obamanın ayaqlarında Jimmy Choo brendinin ayaqqabıları, barmağında isə Kimberly McDonald brendinin üzüyü vardı.
Təntənəli balda Cennifer Hadsondan sonra səhnəyə Alişiya Keys çıxıb və fortepianonun arxasında oturaraq "Girl On Fire" mahnısını ifa edib.

İlk baldan əvvəl Konqresdə təntənəli ziyafət-nahar vardı. Nahara senator və konqresmenlərlə yanaşı, sabiq prezidentlər də dəvət olunmuşdular.

Bir qədər əvvəl, təntənəli inauquruasiya mərasimindən sonrakı paradda yanaşı əyləşmiş Barak və Mişel Obamaların yanlarında qızları - Saşa Malia da vardı.
Obama parad əsnasında BlackBerry, qızları isə iPhone telefonlarını əllərindən yerə qoymayaraq sürəkli nə isə yazır, çəkirdilər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.