"Ded Hasan"ın düşməni öldürüldü
21 Yanvar 2013 15:49
Milli.Az "Naşa Abxaziya"ya istinadən bildirir ki, A.Quliya yanvarın 16-da Moskvada qətlə yetirilmiş "Ded Hasan" ləqəbli "oğru" Aslan Usoyanın düşmənlərindən biri sayılırdı.
31 yaşlı Quliya Suxumi küçələrindən birində güllələnib.
Onun maşınına yaxınlaşan avtomobildən atəş açılıb.
Quliya xəstəxanada keçinib.
Astamur Quliya ötən ilin dekabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, "Ded Hasan"ın düşməni olan 60 "oğru"nun toplantısında "oğru" adını almışdı.
Həmin toplantıda 15 nəfərə "oğru" adı verilmişdi ki, bu da Usoyana meydan oxumaq sayılmışdı.
Dubay görüşündən sonra Usoyanın tərəfdarları orada "oğru" adını almış şəxsləri "ovlamağa" başlamışdılar.
"Oğru"lar Merab Canqveladhe və Cemo Mikeladze ötən ilin dekabrın sonlarında Moskvaya yollanaraq "Ded Hasan"ı dilə tutmaq istəmişdilər.
Quliyanın ölümünün Usoyanın qətlə yetirilməsinin intiqamı sayıldığı da vurğulanır.
Milli.Az