Virtual dünyada savaş başlanacaq

18 Yanvar 2013 22:12
Cihazı yalnız amerikanın "Best Buy" mağazalar şəbəkəsindən satın almaq və ya şirkətin saytından sifariş etmək mümkün olacaq.

Bir dəstin qiyməti təxminən 70 dollar təşkil edəcək. Milli.Az ICTnews-a istinadən bildirir ki, "Best Buy" mağazalar şəbəkəsində fevraldan etibarən kontrollerə ilkin sifarişlər etmək mümkün olacaq.

Şirkət qurğunu Avropa və digər ölkələrdə də istehsal etmək niyyətindədir. İki həftə bundan əvvəl "ASUS" şirkəti "Leap Motion" qurğusunu özünün bəzi noutbuk və kompüter-monobloklarına quraşdırmağa razılaşıb.

"Leap Motion" - bu, datçik və kamera ilə təchiz edilmiş kiçik ölçülü USB qəbuledicidir. O, real vaxt rejmində ayrı-ayrı barmaq və predmetlərin vəziyyətini izləyərək fərdi kompüteri jestlərlə idarə etməyə imkan verir. Aparat məkanı (görünüş bucağı 150 dərəcə) saniyədə 290 kadr sürətlə təhlil edir.

Milli.Az