Parolu nə vaxta sındırmaq olar?

17 Yanvar 2013 20:55
Milli.Az ICTnews-a istinadən bildirir ki, istifadəçilər şifrə seçimində çox vaxt standart səhvlərə yol verirlər: bir neçə hesab üçün eyni şifrədən istifadə, şifrə yaratmaq üçün proqnozlaşdıra bilən alqortim, həmçinin sadə şifrələrdən istifadə.

Tədqiqatçıların məlumatına görə, proqram təminatı tərtibatçıları və kompüter avadanlığı istehsalçıları "qurban"ların şifrələrinin seçimi üzrə bazara daha səmərəli proqram və aparat həlləri tədarük edirlər.

Müasir hakerlərin əlində, həmçinin hesab məlumatlarını "sındırmaq" üçün böyük sayda kompüterləri birləşdirmək imkanı var. Şifrələrdən audentifikasiya vasitəsi kimi istifadə yaxın illərdə öz aktuallığını qoruyub saxlayacaq və şirkətlər əməkdaşlarını məlumat sızmasından qoruyacaq texnika və qaydalar yaratmalıdır.

Xatırladaq ki, "SplashData" şirkətinin məlumatına əsasən, 2012-ci ildə ən etibarsız şifrələr aşağıdakılardır:

1. password

2. 123456

3. 12345678

4. abc123

5. qwerty

6. monkey

7. letmein

8. dragon

9. 111111

10. baseball

11. iloveyou 12.

trustno1

13. 1234567

14. sunshine

15. master

16. 123123

17. welcome

18. shadow

19. ashley

20. football

21. Jesus

22. michael

23. ninja

24. mustang

25. password1

Milli.Az