Hibrid Cadillac: buyurun, tanış olun - VİDEO - FOTO

17 Yanvar 2013 20:11
2+2 oturuş formulu olan kupe elektromühərrik və batareyadan yüklənən kiçik benzin mühərrik əldə etdi.

Milli.Az Auto.Az-a istinadən bildirir ki, Kupe "Cadillac ELR" hələ 2009-cu ildə təqdim olunmuş prototip "Converj"-in seriyalı təcəssümü oldu, belə ki, kupenin eksteryeri demək olar ki, tamamilə konseptdən köçürülüb. Maraqlıdır ki, "ELR" tam işıqdiodlu optika və salonun diodlu işıqlandırılmasını aldı.

Güc qurğusu daxil olmaqla bütün aqreqatlar üçün donor qismində sedan "Chevrolet Volt" çıxış etdi: onun gücü 207 a.g. və fırlanma anı 400 Nm-dir. Yalnız akkumulyatorun enerjisindən istifadə etməklə "ELR" 56 km məsafə qət edə bilər, lakin güc qurğusunun siyahısına batareyanın doldurulmasına görə cavabdeh olan 1,4-litrlik turbo mühərrik də daxildir.

Bununla belə istehsalçılar bildirirlər ki, kupenin yürüşü adi benzinlə işləyən avtomobil ilə müqayisə edilə bilər. 240-voltluq məişət elektrik şəbəkəsindən akkumulyatorlar 4,5 saata dola bilər, lakin "ELR" həm də 120-voltluq şəbəkədən də doldurula bilər. Bundan əlavə kupe enerji dayanmasının rekuperasiyası sistemi ilə də təchiz edilə bilər.

Kupe xrom və ağac işləmələri olan dəri interyer, rəqəmsal cihazlar paneli, 8-düymlük ekran olan multimediya sistemi, "Bose" akustikası, o cümlədən tam elektrikli hərəkət rejimi zamanı səsin əks etdirilməsi funksiyası ilə təchiz edilmişdir.

Yeri gəlmişkən sistemi "Cadillac" və amerikan korlar federasiyası birgə hazırlayıblar. "Cadillac ELR dəbdəbənin, qabaqcıl texnoloiyanın və proqressiv dizaynın idman və ekoloji təmiz modeldə misilsiz əlaqələndirilməsidir.

Bu "Cadillac"-ın tarixində dönüş anıdır", deyə markanın vitse-prezidenti Bob Ferqüsen bildirmişdir. Kupenin satışa çıxarılacağı vaxt hələlik məlum deyil.

Milli.Az

 Böyütmək üçün şəkillərə klikləyin.