Ağır qəza keçirmiş azərbaycanlı siyasətçi xəstəxanadan foto paylaşdı - FOTO

16 Yanvar 2013 15:18
Bu yaxınlarda avtomobil qəzasına düşərək ağır yaralanan AXCP sədrinin müavini Razi Nurullayevin həyat yoldaşı bu gün əməliyyat olunacaq.

"Qafqazinfo"nun məlumatına görə, bu xəbəri Razi Nurullayev özünün Facebook səhifəsində paylaşıb.

R.Nurullayevin ona çətin günlərində kömək olan bütün dostlara təşəkkürünü bildirib: "Könül xanım və öz adımdan bizə bu çətin günümüzdə dəstək olan bütün dostlara, həmkarlara, əqidədaşlara, xəstəxanaya bizi ziyarətə gələn minlərlə insanlara təşəkkürümüzü bildirirəm. Bu gün Könul xanım da əməliyyat olunur. İnşallah, hər bir kəsə ayrı-ayrılıqda təşəkkür edəcəyik. Əfsus ki, əllərim hələ yaxşı tutmadığına görə, çox təşəkkür sözləri yaza bilmədim".

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.