"Milan" Bekhemi geri qaytarmaq istəyir

16 Yanvar 2013 13:56
Mediaset-in xəbərinə görə, "Milan" transfer siyasətini dəyişərək "Los-Anceles Qelaksi" klubunun sabiq futbolçusu Devid Bekhemi geri qaytarmaq istəyir.

Milli.Az Sports-a istinadən xəbər verir ki, "Rossoneri"lərin bu mövsüm gənc futbolçulara stavka etmək qərarına rəğmən, klub rəhbərliyi 37 yaşlı ingilis futbolçunu geri qaytarmaq imkanlarını arayır.

Xatırladaq ki, Bekhem 2010-cu ilin yanvarından iyun ayına kimi icarə hüquqi ilə "Milan" klubunda oynayıb.

Qeyd edək ki, Bekhem keçən mövsüm MLS liqasında 30 oyuna 7 qol vurub.

Tuncay Türbəndəzadə
Milli.Az