Azərbaycanda sürücülük vəsiqəsinin etibarlılıq müddəti azaldılacaq?
15 Yanvar 2013 13:38
APA-nın məlumatına görə, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklər gözlənilir.
Dəyişikliklər bir sıra ictimai qurumların müraciəti əsasında bir qrup deputatın təşəbbüsü ilə parlamentdə müzakirəyə çıxarıla bilər. Əsas səbəb kimi sürücülük vəsiqəsi olanların sağlamlığının 10 ildən bir yoxlanmasının xeyli uzun müddət olması göstərilir.
Qeyd edək ki, qanunun 34-cü maddəsində sürücülük vəsiqəsinin etibarlılıq müddəti 60 yaşına çatmamış şəxslər üçün 10 ildən bir göstərilir və bu müddət tamam olduqdan sonra sürücü yenidən sağlamlığı ilə bağlı arayış təqdim edir. Nəzərdə tutulan dəyişiklik qəbul edilərsə, bu müddət azaldılacaq.
Dəyişikliklərdə 70 yaşdan yuxarı sürücülər də nəzərə alınıblar. Belə ki, onlar üçün nəzərdə tutulan 2 il müddəti də azaldıla bilər. Layihənin Milli Məclisin yaz sessiyasında müzakirəsi gözlənilir.
Milli.Az