Uğur Pamuk rəsmən "Xəzər Lənkəran"da
15 Yanvar 2013 10:55
"Xəzər Lənkəran" Uğur Pamukun transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, futbolçu ilə iki illik müqavilə imzalanıb.
1989-cu ildə Almaniyanın Bilefeld şəhərində anadan olan hücumçu "Arminiya" klubunun yetirməsidir. Karyerasına bu komandada başlayan Pamuk 2007/08 mövsümünü Bilefeld təmsilçisində keçirib.
2008-ci ilin yayında aşağı dəstə təmsilçisi "TuS Dornberq"ə keçən hücumçu 3,5 mövsüm bu komandada oynayıb. Həmin klubdakı sonuncu 2011/12 mövsümünün ilk yarısında Uğur Azərbaycana transfer olunub.
2012-ci ilin yanvarından Uğur "Sumqayıt"ın şərəfini qoruyub. Həmin ildə 3 dəfə Berti Foqts tərəfindən Azərbaycan milli komandasına çağırılıb.
Qeyd edək ki, bu, "Xəzər Lənkəran"ın qış fasiləsində ikinci transferidir. Cənublular Pamukdan öncə türkiyəli hücumçu Gökhan Güləçlə müqavilə imzalamışdılar.
Milli.Az