Rus hərbçiləri Azərbaycanı tərk edirlər

13 Yanvar 2013 19:00
Rusiya hərbçiləri Qəbələ Radiolokasiya Stansiyasını tərk edirlər. ANS-in bölgə müxbirinin yerli sakinlərə istinadən verdiyi məlumata görə, artıq 2 aya yaxındır ki, rus hərbçiləri öz ailələri ilə birlikdə köçməyə başlayıblar. Amma yeni ildən Rusiya vətəndaşlarının köçü daha da intensivləşib. Stansiyanın yerli işçiləri isə işdən azad olunur.

Sakinlərin bildirdiyinə görə, RLS-in icarə müddəti bitəndən 250 azərbaycanlı işçi işdən çıxarılıb. Qəbələ rayonunun Zarağan kəndində yerləşən və RLS-də işləyən hərbçilərin məskunlaşdığı hərbi şəhərcikdə artıq bağça və digər sosial obyektlər bağlanıb, Rusiya vətəndaşları məişət əşyalarını yerli sakinlərə sataraq köçməyə başlayıblar.

Milli.Az