Kürəyinə sancılmış bıçaqla gəzir! - FOTO
2 Fevral 2010 15:33
Milli.Az "Life News"a istinadən xəbər verir ki, qarətçilərin hücumuna məruz qalmış Yuliya çantasını basqınçılara verməmək üçün müqavimət göstərən zaman oğrulardan biri bıçağı düz onun kürəyinə sancıb. Maraqlıdır ki, şokda olan Yuliya kürəyinə bıçaq sancıldığını belə hiss etməyərək evə gəlib və valideynləri övladlarını görən zaman şoka düşüblər.
Yalnız bundan sonra təcili tibbi yardıma zəng vurulub və həkimlər Yuliyanı dərhal xəstəxanaya aparıblar. 22 yaşlı qızın səhhəti üçün heç bir problemin olmadığı bildirilir.
Milli.Az
-------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
