Wikipedia-nın yeniliyi var

12 Yanvar 2013 17:42
Saytda şəhərlər və ölkələr haqqında soraq məlumatı, danışıq kitabları, marşrutlar və digər materiallar təqdim edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Wikipedia-nın təsisçisi Cimmi Uels bildirib ki, Wikivoyage açıq ensiklopediyanın inkişaf etdirilməsi uğrunda atılmış mühüm addımdır. Layihənin əsasını "wiki" texnologiyası təşkil edir.

Bu isə o deməkdir ki, oxucular yeni material əlavə və ona düzəlişlər edə bilərlər. Wikivoyage layihəsinin rəsmi olaraq yanvarın 15-də istifadəyə verilməsi nəzərdə tutulub.

Milli.Az