Nəhəng ilan təyyarə ilə uçdu - VİDEO - FOTO

11 Yanvar 2013 17:14
Milli.Az Asian Age-ə istinadən bildirir ki, pitonun uzunluğu 3 metr idi.

Sydey Morning Herald-ın məlumatına görə, Avstraliyanın "Qantas" aviaşirkətinin təyyarəsi havaya qalxandan 20 dəqiqə sonra sərnişinlər sol qanaddakı ilanı görüblər.

İlan 1 saat 50 dəqiqə ərzində 400 km/saat sürətlə uçan təyyarənin qanadında, -12 dərəcə soyuqda qalıb.

Təyyarə Papua-Yeni Qvineyada yerə enəndən sonra hava limanının işçiləri ilanı çıxarmaq istəyəndə onun öldüyünü görüblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.