TANAP layihəsinin dəyəri artacaq

11 Yanvar 2013 10:42
Trans Anadolu qaz kəməri (TANAP) layihəsinin yekun marşrutunda edilən bir sıra dəyişikliklərlə bağlı onun dəyəri üç milyard dollar artaraq on milyard dollara çatacaq. Bunu "SOCAR Turkey Energy"-nin rəhbəri , "Petkim" neft-kimya kompleksinin İdarə Heyətinin üzvü Kənan Yavuz bəyan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Zaman" qəzeti xəbər verib.

Onun sözlərinə görə, TANAP layihəsinin hansı qiymətdə olmasından asılı olmayaraq onun reallaşdırılması Türkiyə üçün çox əhəmiyyətlidir, çünki layihənin sayəsində Türkiyə daha əlverişli qiymətə qaz alacaq.

Beləliklə, 2008-ci ildən 2018-ci ilə qədər olan dövrdə Azərbaycanın Türkiyəyə investisiyaları gözlənilən 17 milyard dollardan 19-20 milyard dollara qədər artacaq.

Milli.Az