Nazir vergi qaçırmaqda ittiham olunur

9 Yanvar 2013 19:56
Fransanın büdcə naziri haqqında vergi qaçırma ittihamıyla ilkin istintaq başladılıb.

Milli.Az TRT-yə istinadən bildirir ki, "Mediapart" adlı internet saytı nazir Jerom Kayuzakın İsveçrənin UBS bankındakı pullarını bu bankın bağlandığı 2010-cu ildən sonra Sinqapura köçürdüyünü iddia edib.

Paris Prokurorluğu da nazirin İsveçrə bankında hesabı olub-olmadığına dair ilkin istintaq başladıb.

Nazir haqqındakı iddiaları rədd edib və haqqında söhbət gedən şəxsin özü olmadığını söyləyib.

Ölkədəki skandalları ortaya çıxarmasıyla tanınan "Mediapart" isə nazirin İsveçrə bankında Fransada bəyan etmədiyi bir hesabının olduğunu yazıb: "Bu hadisələrin arxada qalan tərəfinin təcili araşdırılması çox vacib idi. Bu, çox yaxşı bir addımdır. Məhkəmənin işə qarışmasından məmnunuq. İstintaqın hökumətin nəzarəti altında olmadan aparılması mühümdür".

Prezident Fransua Ollandın ofisindən verilən açıqlamada isə Kayuzaka dəstək verilib və istintaq nəticəsində ədalətin yerini tapacağına ümid ifadə edilib.

Milli.Az