Sürətli maşınlar, səhra, adrenalin, qalib! - FOTO

9 Yanvar 2013 10:43
Peruda davam edən Dakar Rallisinin avtomobil üzrə dördüncü mərhələsinin qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 34-cüsü keçirilən yarışın bu mərhələsini Qətərin "Red Bull" komandasının üzvü Nasser Əl-Attiyah birinci tamamlayıb.

O, 429 km məsafəni 3 saat 28 dəqiqə 46 saniyəyə qət edərək 2013-cü ildə ard-arda ikinci dəfə qalib adını qazanıb.

İkinci yeri Attiyahdan 36 saniyə gec gələn Fransanın SMG komandasının üzvü Querlayin Kikerit tutub. Üçüncü yerin sahibi də yenə fransalı idmançı olub. "Monster X-Raid"in iştirakçısı Stepan Peterhansel liderdən 1 saat 17 dəqiqə gec gəlib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.











































Foto: Google