Wikipedia-ya yazanlar niyə azalır?

8 Yanvar 2013 20:11
Milli.Az ICTnews-a istinadən bildirir ki, Minnesota Universitetində çalışan Ayron Halfakerin məlumatına əsasən, 2007-ci ildə "Wikipedia"da 56 min ingilisdilli məqalə müəllifi olduğu halda, 2012-ci ildə onların sayı 35 min təşkil edib.

Ehtimal ki, buna səbəb məqalə yaratmaq prosedurunun mürəkkəbləşməsi və mövcud məqalələrə düzəlişlərin edilməsidir. Buna baxmayaraq, "Wikipedia" dünyada ən böyük onlayn-ensiklopediyadır. Layihə dünyanın 285 dilində 23 milyondan çox məqalədən ibarətdir.

Milli.Az