Dünyanın ən nazik smartfonu

8 Yanvar 2013 22:53
Onların arasında ən maraqlısı "Idol Ultra" modelidir. İstehsalçı onu dünyanın ən nazik "ağıllı" telefonu adlandırıb. Modelin qalınlığı 6,45 millimetr təşkil edir.

Cihaza "Android Jelly Bean" mobil əməliyyat sistemi quraşdırılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Alcatel Idol Ultra" HD təsvir ölçülü 4,7 düymlü "AMOLED" ekran, 1,2 QHs takt tezliyində işləyən ikinüvəli prosessor və videonu 1080p təsvir ölçüsündə yazmaq imkanına malik 8 meqapikselli kamera ilə təchiz edilib.

Aparatın qiyməti haqqında məlumat yoxdur. Şirkət yalnız bildirib ki, yanvarda onun satışlarına start veriləcək.

Milli.Az