Arzuların təyyarəsi yandı - VİDEO

8 Yanvar 2013 14:36
Milli.Az Reuters-ə istinədən bildirir ki, yanğının baş verdiyi təyyarə Japan Airlines aviaşirkətinə məxsusdur.
USA Today bildirir ki, təyyarə birbaşa reyslə Tokiodan gəlmişdi.

Təyyarəyə planlı baxış keçirən mexanik tüstülənməni görüb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovları söndürüblər.
Yanğının yardımçı enerji qurğusundakı akkumulyatorun partlayışı nəticəsində yarandığı bildirilir.

Ötən ay üç Boeing-787 Dreamliner-in elektrik sistemlərində problemlər aşkarlanmışdı.

ABŞ-ın Federal Mülki Aviasiya Agentliyi (FAA) bütün Dreamliner təyyarələrinin yoxlanmasına göstəriş verib.
 
Baş vermiş hadisədən sonra Boeing korporasiyasının səhmləri 2 faiz ucuzlaşıb.

Milli.Az