Qəzada ölənlərin hər biri üçün 150 min dollar

27 Mart 2015 23:43

Fransada "Germanwings" təyyarəsinin qəzası nəticəsində həlak olanların qohumları kompensasiya kimi 150 min dollar ala bilərlər.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu haqda Reuters agentliyi xəbər verib.

Agentliyə bu barədə qəza qurbanlarının ailələrini təmsil edən alman vəkillərindən biri informasiya verib.

"Əgər qohumlar məhkəməyə müraciət etmirlərsə, beynəlxalq qanunlara əsasən adətən aviaşirkətlər qəza zamanı həlak olan hər bir sərnişin üçün qohumlarına 157 min 400 dollar kompensasiya ödəyir. Ancaq əgər ailələr böyük kompensasiya istəyirsə, onlar iddialarını verə bilərlər", - deyə vəkil bildirib.

Onun sözlərinə görə, "Germanwings" aviaşirkətinə qarşı potensial iddialar uçuşlara, həmçinin təyyarənin içində təhlükəsizliyin lazımı ölçüdə olunmaması haqqında edilə bilər.
 

Milli.Az