Ərdoğan Afrikadadır
7 Yanvar 2013 18:12
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilk dəfə Afrika ölkələrindən Qabon, Niger və Seneqala səfər edib.
Milli.Az TRT-yə istinadən xəbər verir ki, səfərdə Ərdoğanı nazirlər, millət vəkilləri, bürokratlar və iş adamları müşayiət edirlər.
Baş nazir yanvarın 10-na qədər davam edəcək səfərinin ilk günündə Qabonda olub.
Ərdoğan səfərdən əvvəl verdiyi açıqlamada Afrika ölkələri ilə əməkdaşlığın hər gün artdığını, Afrikaya açılım siyasəti ilə 4 il içərisində bu qitədəki səfirliklərin sayının 12-dən 31-ə yüksəldildiyini, yaxın vaxtlarda bu rəqəmin 34-ə çatdırılacağını deyib.
Baş nazir 2003-cü ildə Afrika ilə ticarət dövriyyəsinin 5 milyard dollar olduğunu, hazırda 17 milyard dollara yüksəldiyini, 2015-ci il üçün hədəfin isə 50 milyard dollar olduğunu vurğulayıb.
Milli.Az