Avropanın 91 bankı stress-testdən keçəcək

9 İyul 2010 09:56
"Reuters" xəbər verir ki, stress-testləri Avropanın 91 bankı keçəcək və nəticələr iyulun 23-də məlum olacaq.

Test nəticəsində dünya iqtisadiyyatı və maliyyə bazarlarında vəziyyətin pisləşməsinə Avropanın hansı banklarının davam gətirə biləcəyi müəyyənləşəcək. Testlərdən məcmu kapitalının həcminə görə Avropanın bank sektorunun 65%-ni birləşdirən maliyyə institutları keçəcək.

Stress-testlərdən "BNP Paribas", "Societe Generale", "Deutsche Bank", "Commerzbank", "HSBC Holdings", "Barclays", "Lloyds Banking Group", "Unicredit" və digər banklar keçəcək.

/Ekspress/