Razi Nurullayev əməliyyat olunacaq

7 Yanvar 2013 15:35
Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, Razi Nurullayevin vəziyyəti orta-ağır olaraq qalır. Müalicə həkimi Fəxrəddin Zeynalovun verdiyi məlumata görə, əməliyyat Razi Nurullayevin çiynində aparılacaq. R.Nurullayevin kəllə-beyin travması almış həyat yoldaşının vəziyyəti də orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, dekabrın 5-də R.Nurullayevin idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində R.Nurullayev və həyat yoldaşı xəsarət alaraq Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

Milli.Az