Azərbaycanlı millət vəkili orqanlarını bağışlayacaq

7 Yanvar 2013 10:11
Trend-in məlumatına görə, bu barədə millət vəkilinin özü bildirib.

"Ürəyimi, qaraciyərimi, ağciyərimi, böyrəklərimi, gözlərimi bağışladım. Pankreaz vəzisini, sümük iliyini, bir sözlə, bağışlana biləcək, köçürülə biləcək bütün orqanlarımı. Bilirsinizmi, sadəcə bir insan orqanlarını bağışlamaqla bir çox insana yaşamaq şansını verə bilər", - Paşayeva deyib.

Onun sözlərinə görə, bu məsələnin dinimizlə də bağlı heç bir ziddiyyəti yoxdur.

Deputat təəssüflə qeyd edib ki, bu sahə hələ Azərbaycanda inkişaf etməyib və hələ də vətəndaşlarımız orqan köçürülməsi üçün xarici ölkələrə üz tuturlar və təbii ki, xarici ölkələrdə sadəcə zənginlər bundan yararlana bilirlər.

"Bu məsələni hüquqi cəhətdən tənzimləyən mexanizmlərin hələ qəbul olunmaması, əhali arasında bu istiqamətdə maarifləndirmənin, demək olar, yox dərəcəsində olması əslində bəlkə də hər gün həyatını hansısa orqanın köçürülməsi ilə xilas edə biləcəyimiz birini ölümə tərk etmək deməkdir. Ümid edirəm ki, qısa zamanda bu məsələ ölkəmizdə də ciddi şəkildə müzakirə olunacaq, bu istiqamətdə bir neçə il əvvəl qəbul olunmuş qanunun həyata keçirilməsi istiqamətində müvafiq icra orqanları hüquqi mexanizmlər hazırlayıb qəbul edəcək, lazım olarsa, qanunvericilik səviyyəsində əlavə və düzəlişlər həyata keçiriləcək, maarifləndirmə işləri surətlənəcək", - o deyib.

Milli.Az