Türk aktrisaları qarşı-qarşıya qoydular: Tuba Büyüküstün, yoxsa Beren Saat?

6 Yanvar 2013 16:17
Milli.Az HT-Magazin-ə istinadən bildirir ki, TV8-in qonağı olan aktrisa Nebahat Çehre Tuba Büyüküstünün mənfi cəhətlərini sadalayıb, Beren Saatı isə tərifləyib.
 
O, keçən həftə yeni serialla ekranlara qayıdan Tuba Büyüküstün və Beren Saatın aktyorluq qabiliyyətlərini dəyərləndirib. Tubanın çox gözəl qadın olduğunu, amma bədənindən istifadə edə bilmədiyini söyləyən Çehre "Aşkı-Memnu"da qızı rolunu oynayan Berenin bu sahədə daha uğurlu olduğunu deyib. Onun qənaətincə, illər keçdikcə onların hər ikisi yaradıcılıqda irəliləyəcəklər.

Milli.Az