Apple-a çox ağır zərbə

5 Yanvar 2013 12:39
Lakin dünən korporasiya həddən artıq ağır zərbə alıb.

Səbəb isə Apple və Amazon arasındakı məhkəmə çəkişməsində mərhum Stiv Cobsun korporasiyasının uduzmasıdır.
Dünyanın ən böyük onlayn dükanlarından olan Amazon istifadəçiləri üçün Amazon Appstore for Android adlı proqram əlavələri dükanını istifadəyə vermişdi.

Apple isə Appstore sözünün ona məxsus olduğunu demiş və Amazon-u məhkəməyə vermiş, onlayn dükanın strukturunun bağlanmasını tələb etmiş, Amazon-dan böyük məbləğdə təzminat istəmişdi.

Məhkəmə isə Appstore ifadəsinin Apple-a məxsus olmadığına qərar verərək Amazon-a qarşı iddiaları əsassız sayıb.

Beləcə, Apple illərdən bəri məhz ona məxsus olduğunu iddia etdiyi Appstore ticari nişanını itirdi.

Milli.Az