Dünya estradasının ulduzu öldü

3 Yanvar 2013 13:07
Milli.Az ABC-yə istinadən bildirir ki, o, Kaliforniya ştatındakı qocalar evində keçinib.
86 yaşlı müğənninin ölüm səbəbi kəskin ürək çatışmazlığıdır.

Karyerası ərzində 100 milyondan artıq valı satılmış Patti Peyc "Mercury Records" səsyazma nəhənginin ilk məşhur ulduzu idi.
Peycin "Tennessee Waltz", "With My Eyes Wide Open", "I'm Dreaming" və "I Went to Your Wedding" mahnıları, hələ də, çox populyardır.

Milli.Az