Stadionda basabas: 60 ölü, 200 yaralı

1 Yanvar 2013 20:57
Trend yazır ki, Kot-d`İvuarın paytaxtı olan Abican şəhərində stadionda baş verən qarışıqlıqda ən azı 60 nəfər ölüb. Bu barədə AFP agentliyi xəbər yayıb.

Təşviş və basırıq Yeni il atəşfəşanlığı zamanı baş verib. Kütlənin nədən qorxuya düşdüyü hələlik məlum deyil.

Xilasetmə qüvvələrinin nümayəndəsi İssa Sako yerli televiziyanın efirindən yaralıların sayının 200-ə yaxın olduğunu deyib.

"Le Figaro" nəşrinin yazdığına görə, xəsarət alanlar arasında xeyli uşaq var. Şou iştirakçılarının əsasən 8-15 yaşlarında uşaq və yeniyetmələr olduğu bildirilir.

Milli.Az