Müğənni Hadisəyə oxumaq qismət olmadı
1 Yanvar 2013 18:08
Biletləri 1 ay öncədən satışa çıxarılan və 6 min kişinin qatılacağı gözlənilən konsertə cəmi 150 adam bilet alınca böyük şok yaşanıb. Təşkilatçılar konserti ləğv edərək biletlərin pulunu qaytaracaqlarını deyiblər.
Milli.Az HT-Magazin-ə istinadən bildirir ki, Hadisə isə bunun günahını özündə deyil, təşkilatçı şirkətdə görüb. Onun mətbuat xidməti mediaya açıqlama verib ki, səs, işıq, səhnə düzəni barədə anlaşma yerinə yetirilmədiyi bir yana, səhnəyə çıxmadan öncə müğənniyə veriləsi məbləğ də ödənməyib.
Hadisə səhnəyə çıxmaq niyyətilə bütün komandası ilə Ankaraya gəlib, ancaq konsert şərtlərinin yerinə yetirilməməsini görüncə saat 21.00-də səhnəyə çıxmamağa qərar verib.
Milli.Az