"Neftçi"nin keçmiş rəqibi pulsuz qalıb

31 Dekabr 2012 19:43
Milli.Az Sports-a istinadən bildirir ki, Serbiyanın "Srvena Zvezda" klubu Rusiyanın "Qazprom" şirkətindən sponsorluq müqaviləsi üzrə 4 milyon avronu hissə-hissə deyil, birdəfəlik ödəməyi xahiş edib.

Bildirilir ki, əvvəlcə bu miqdarın hissə-hissə ödənilməsi nəzərdə tutulur. Yeni rəhbərlik isə yanvarın əvvəlində futbolçulara və heyətə borcunu ödəməyi planlaşdırır.

Milli.Az