Populyar türk müğənninin acı günü

31 Dekabr 2012 11:28
Türkiyədə qalmaqalları ilə tanınan müğənni Hande Yenerin atası vəfat edib.

Milli.Az HT-Magazin-ə istinadən bildirir ki, bazar günü nəfəs almaqda çətinlik çəkən Erol Özyener Marmaris dövlət xəstəxanasına aparılıb. Ona lazımi kömək göstərilib. Evə buraxılan zaman isə qəflətən halı pisləşib. Həkimlərin səyinə rəğmən Özyeneri xilas etmək mümkün olmayıb. Onun infarktdan öldüyü bildirilir.

Milli.Az