İran hərbi təlimlər keçirir

31 Dekabr 2012 10:40
İran Oman körfəzi ilə Fars körfəzini birləşdirən Hörmüz boğazında hərbi təlimlərə başlayıb. Anspress xəbər verir ki, dünya neftinin beşdə birinin daşındığı boğazda hərbi oyunlara döyüş gəmiləri, helikopterlər, sualtı gəmilər, reaktiv təyyarələr və hava yastıqları cəlb edilib.

Təlimlər Qərbin İranın nüvə proqramına qarşı təzyiqləri gücləndirdiyi bir vaxta təsadüf edir. ABŞ və müttəfiqləri İranın uran zənginləşdirilməsi proqramı ilə enerji deyil, atom silahına nail olmağa çalışdığını iddia edir. Rəsmi Tehran isə bu iddiaları rədd edərək, nüvə proqramının dinc məqsəd daşıdığını bildirir. Hörmüz boğazındakı hərbi təlimlər yanvar ayının 3-ə kimi davam edəcək.

Xatırladaq ki, bir müddət əvvəl rəsmi Tehran Qərbin İrana qarşı sanksiyalara son qoymayacağı təqdirdə əsas neft marşrutlarından olan Hörmüz boğazını qapayacağı ilə hədələyib.

Milli.Az