Hüsni Mübarəkin oğlanlarının hesabları donduruldu

31 Dekabr 2012 10:53
Bu barədə APA Frans Press-ə istinadən məlumat verir.

Söhbət hazırda Misirdə həbsxanada olan Əli Camal Mübarəklərin hesablarından gedir. Qardaşlar atalarının yüksək vəzifəli mövqeyindən istifadə edərək gəlir və sərvət əldə etməkdə günahlandırılırlar. 

"Matin Dimanche" qəzetinin məlumatına görə, qardaşlar Credit Suisse bankında 2005-ci ildə çoxmilyonluq hesablar açıblar. Qəzet Fransanın BNP Paribas bankının İsveçrə şöbəsində eks-prezident Mübarəkin yaxın adamlarının hesablarının dondurulduğunu yazıb. 

Milli.Az