Əsəd ordusundan üsyançılara ağır zərbə
30 Dekabr 2012 20:42
Suriyada hökumət qüvvələri üsyançıların mühüm strateji məntəqəsi olan Homs şəhərinə nəzarəti qaytara bilib. Anspress-in məlumatına görə, bu barədə BBC telekanalı Suriya müxalifət nümayəndələrinə istinadən xəbər verir.
Məlumata görə, ölkənin qərbində yerləşən Homs şəhərinin yenidən Əsəd qüvvələrinin əlinə keçməsi ilə nəticələnən hücum zamanı 200-ə yaxın adam ölüb. Onların arasında qadın və uşaqların olduğu bildirilir.
Milli.Az