Paytaxtda 20 manat üstündə bıçaqlanma - YENİLƏNİB
2 Fevral 2010 15:34
Rayon Polis İdarəsindən Mili.Az xəbər portalına verilən məlumata görə, Bilgəh qəsəbəsi ərazisində 52 yaşlı Vaqif Yusifov münaqişə zəminində Şağan qəsəbə sakini, 60 yaşlı Rövşən İsmayılov tərəfindən bıçaqlanıb. Zərərçəkmiş 3 saylı xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan Milli.Az-a bildirildi ki, V.Yusifov xəstəxanaya döş
qəfəsinin sağ yarımhissəsinin kəsilmiş-deşilmiş yarası ilə gətirilib.
Təcili əməliyyat olunan yaralının vəziyyəti stabildir.
Keçirilən tədbirlər nəticəsində R.İsmayılov tutulub. O, istintaqa ilkin ifadəsində V.Yusifovu borc üstündə bıçaqladığını və sərxoş vəziyyətdə olduğunu etiraf edib. Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmişin həyətində fəhlə işləyib və ona olan 20 manat borcunu ödəmədiyinə görə bıçağa əl atıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az