Mətbəx sirləri: Yeni il tortları - FOTO - VİDEO
30 Dekabr 2012 07:00
Pryanikli "Şam ağacı"

Tərkibi (2 "yolka" üçün):
xəmir:
2 st. un
1 çimdik duz
1 ç.q. qabartma tozu
100 q yumşaldılmış kərə yağı
100 q şəkər pudrası
2,5 x.q. isti bal
2 yumurtanın sarısı
0,5 ç.q. zəncəfil tozu
0,5 ç.q. darçın
0,5 ç.q. hil
0,5 ç.q. muskat cevizi
0,5 ç.q. cirə (bu ədviyyatları zövqünüzə görə başqasıyla əvəz edə bilərsiniz)
bəzək üçün:
200-300 q ağ şokolad (yaxud aysinq tipli ağ qlazur)
aysinq:
1 yumurtanın ağı
250 q ələnmiş şəkər pudrası
Limon turşusu (bıçağın ucunda)
Xəmirin ərzaqlarını qarışdırıb yoğurun. Qida plyonkasına büküb soyuducuda 1-1,5 saat saxlayın. Sonra 5-6 mm qalınlıqda yayın, müxtəlif bucaqlı və müxtəlif ölçülü ulduzlar kəsin (şam ağacının layları). Sobada 180 dərəcə temperaturda qızaranadək (hazır olanadək) bişirin. Soyudun.
Ağ şokoladı su hamamında əridin, ulduzların üstünə çəkin, üst-üstə yığın. Üzərini muncuqlarla, kokos yonqarı ilə bəzəyin. Şokoladın bərkiməsini gözləyin.
Bunu şokolad yerinə aysinq qlazuru ilə də bəzəyə bilərsiniz, onda şam ağacı ağappaq olacaq.
Aysinq qlazuru üçün: 1 yumurtanın ağını köpüklənincə çalın, sonra tədricən şəkər pudrası əlavə edin, çalmağı dayandırmadan azca limon şirəsi və ya limon turşusu da əlavə edin. Hazır qlazuru konditer torbasına yığıb əvvəlcə pryaniklərin (ulduzların) kənarlarına kontur çəkin, sonra isə içini qlazurla doldurun. Layları üst-üstə yağın.
Bu qlazurun köməyilə biskvit tortları üçün qar dənələri və başqa fiqurlar da hazırlaya bilərsiniz. Bunun üçün bir kağıza istədiyiniz fiquru çəkin, üstünə perqament kağızı döşəyin və aysinqlə altda görünən konturları təkrarlayın. Quruyandan sonra ehtiyatla plyonkadan ayırın. Tortunuzu bəzəyin.
Böyütmək üçün şəkillərə klikləyin.









Biskvitli "Şam ağacı"

Tərkibi:
xəmir:
10 yumurta
1,5 st şəkər tozu
2,5 st. un
1 ç.q. soda və ya qabartma tozu
krem:
500 q qaymaq
1 st. şəkər tozu
bəzək üçün krem:
200 q kərə yağı
0,5 banka qatılaşdırılmış süd
qida boyaları
2 banan
200 q şəkərli çiyələk
Xəmir: yumurtaları çalın, şəkər tozu, sonra isə soda və ya qabartma tozu ilə qarışdırılmış un əlavə edin, yenə çalın. 35 sm diametrli formaya töküb sobada bişirin.
Hazır korju ulduz formasında kəsin, ortadan bölüb iki korj düzəldin.
Qaymağı şəkər tozu əlavə edərək çalın.
Birinci laya şəkərli çiyələk, qaymaqlı krem çəkin, üstünə banan dilimləri düzün.
O biri korju üstünə qoyun, qaymaqlı kremin qalanını üstünə və kənarlarına çəkin.
Ulduz kəsərkən artıq qalan biskviti xırdalayın, 2 x.q. çiyələk və krem əlavə edib qarışdırın, yolka düzəldin. Tortun ortasına qoyun.
Bəzək üçün kremi çalın, hissələrə ayırıb müxtəlif boyalar qatın və tortu bəzəyin.
Profiterollu "Şam ağacı"

Tərkibi:
xəmir:
200 q un
200 q kərə yağı
6 yumurta
krem:
1 portağal
500 q kəsmik
500 q maskarpone pendiri
1 st. şəkər tozu
500 q tünd şokolad
Qazana 500 ml su tökün, ocağın üstünə qoyun, kərə yağı əlavə edin, yağ əriyənədək qarışdırın, ocaqdan götürün, qarışdıraraq un əlavə edin. Eynicinsli kütlə alınanda bir-bir yumurtaları daxil edin. Hər yumurtadan sonra 5 dəqiqə çalın (mikserdən istifadə etmək məsləhət deyil).
Siniyə perqament döşəyin, üstünə xəmirdən 3 sm diametrli dairələr qoyun. 170 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə, qızılı rəng alanadək bişirin. Bişən müddətdə sobanın ağzını açmayın. Bişəndən sonra sobanı söndürüb orada soyumasını gözləyin.
Krem üçün: portağalın sedrasını çıxarın, xırdalayın, portağalın şirəsini sıxın. Kəsmik, pendir, şəkər tozu, sedra və şirənin yarısını qarışdırın. Bu kremi hazır profiterolların içinə doldurun.
Vatman kağızından konus düzəldin. Oturacağı düzgün olsun deyə qayçıyla kəsin. Kənarlarını bayırdan izolent və ya skoçla yapışdırın. İçinə perqament döşəyin. Şokoladı əridin. Konusun iti ucunu bankanın içinə qoyun. Profiterolları şokolada batırıb konusun içinə doldurun. Bir gecə soyuducuda saxlayın.
Sabahı gün hazır tortu çevirin, konus və perqamenti çıxarın. Şokoladın qalanını yenə əridin, tortun üzərinə tökün, zörqünüzə görə bəzəyin.
Nuş olsun!
Milli.Az
Resept və fotolar: livejournal, koolinar.ru, receptphoto.ru
Aşağıdakı videolarda Yeni il tortlarının bəzənmə qaydası göstərilir. Bu zaman aysinqdən və hazır karamel mastikasından istifadə olunur. 