BlackBerry Z10 belə olacaq

28 Dekabr 2012 22:54
Qeyd edək ki, "BlackBerry Z10" 2013-cü il yanvarın 30-da Nyu-Yorkda "BlackBerry 10" əməliyyat sisteminin təqdimatı zamanı nümayiş etdiriləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, cihaz 1,5 QHs takt tezliyində işləyəcək "Texas Instruments OMAP 4470" prosessoru (ABŞ və Kanada üçün nəzərdə tutulmuş versiya "Qualcomm Snapdragon MSM8960" çipi əsasında işləyəcək) ilə təchiz ediləcək. "Z10" "ağıllı" telefonunun bütün variantları 1280x768 piksel təsvir ölçülü 4,2 düymlü ekran, 4 diapazonlu "LTE" radioverici aparatları, 2 Qb əməli yaddaş, 16 və ya 32 qiqabayt daxili yaddaşla təchiz edilib.

Arxa hissəsində 8 meqapikselli və ön hissədə isə 2 meqapikselli kamera mövcuddur. "Z10" "ağıllı" telefonunda, həmçinin "microSD" yaddaş kartları üçün slot və 1800 milliamper/saat tutumulu akkumulyator mövcud olacaq. "NFC", "Bluetooth 4.0", ikidiapazonlu 802.11 a/g/n "Wi-Fi", "A-GPS" modulları, "Micro USB" portu, həmçinin "Micro HDMI" çıxışı olacaq.

Milli.Az