İran hərbi dəniz təlimlərinə başlayır

28 Dekabr 2012 11:20
Bu gün İranın dəniz donanması Oman körfəzində və Hind okeanında hərbi təlimlərə başlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü IRNA agentliyi xəbər verib.

Təlimlər altı gün davam edəcək.

Bir müddət əvvəl İİR-in HDQ komandanı, kontr-admiral Həbibulla Səyyari İranın gələcəkdə öz donanmasının imkanlarını nümayiş etdirmək üçün hərbi dəniz qüvvələrini Atlantik okeana göndərməyi planlaşdırdığını bildirmişdi.

Milli.Az