Sosial şəbəkələrdə ən çox vaxt öldürənlər - REYTİNQ

27 Dekabr 2012 23:53
Milli.Az ICTnews-a istinadən bildirir ki, Braziliya (9,7 saat) bu göstərici üzrə ikinci mövqedə qərarlaşıb.

Ötənilki lider Rusiya üçüncü yerdə (9,6 saat) qərarlaşıb. Tayland (8,7) və Türkiyə (8,6) müvafiq olaraq dördüncü və beşinci yeri bölüşdürür. İlk onluqda, həmçinin İsrail (8,2), Kanada (7,9), Peru (7,9), Çili (7,7) və Meksika (7,5) yer alıb.

"ComScore" şirkətinin hesabatına əsasən, 15 və daha yuxarı yaşlı Cənubi Amerika sakinləri daha çox "Facebook", "LinkedIn" və "Twitter" sosial şəbəkələrinə daxil olur.

Milli.Az